Abstrakt
Talassemiya dünyada vəregionda tez-tezrast gələn, genetik defekt nəticəsində hemoqlobin sintezinin pozulması ilə xarakterizə olunan irsi xəstəlikdir. Birincili anemiya, vit D çatmamazlığı xəstəliyin gedişaında osteoporozun inkişafına və bununla əlagəli dayaq-hərəkət sisteminin müxtəlif patologiyalarına gətirir. Eyni zamanda revmatoid artrit dünyada və ölkəmizdə ən çox rast gəlinən eroziv-destruktiv zədələnmələrləmüşahidə olan revmatik xəstəlikdir. Bir çox hallarda talassemiya xəstəliyi ilə yanaşı gedən revmatik xəstəliklərin ilkin əlamətləri yuxarda sadalan simptomlarla garışdırılır və müalicə gecikdirildiyi üçün müxtəlif ağırlaşmalara səbəb olur. Məqsəd : Talassemiyalı xəstələrdə revmatoid artritin klinik gedişatını öyrənilməsi və idarə olunması.
Əsas mətn
Talassemiya dünyada vəregionda tez-tezrast gələn, genetik defekt nəticəsində hemoqlobin sintezinin pozulması ilə xarakterizə olunan irsi xəstəlikdir. Birincili anemiya, vit D çatmamazlığı xəstəliyin gedişaında osteoporozun inkişafına və bununla əlagəli dayaq-hərəkət sisteminin müxtəlif patologiyalarına gətirir. Eyni zamanda revmatoid artrit dünyada və ölkəmizdə ən çox rast gəlinən eroziv-destruktiv zədələnmələrləmüşahidə olan revmatik xəstəlikdir. Bir çox hallarda talassemiya xəstəliyi ilə yanaşı gedən revmatik xəstəliklərin ilkin əlamətləri yuxarda sadalan simptomlarla garışdırılır və müalicə gecikdirildiyi üçün müxtəlif ağırlaşmalara səbəb olur.
Məqsəd : Talassemiyalı xəstələrdə revmatoid artritin klinik gedişatını öyrənilməsi və idarə olunması.
Klinik hal: 30 yaşında, kişi olan xəstə. Uşağlığdan beta-talassemiya diaqnozu təsdiqlənmiş, davamlı hematransfuziya olunması təyin olunmuşdur, lakin o, uzun illərdi ancaq vəziyyəti ağırlaşandan sonra hematransfuziyaya gəlib. Son 1-2 il ərzində hematoloqun təkidi ilə ayda 1və ya 2 dəfə ardıcıl hematransfuziyaya qəbul etmişdir. Müvafiq müalicəyə riayət etmədiyi səbəbindən xəstədə ciddi osteoporoz formalaşıb oynaq ağrıları ilə müşaidə olunur. Ağrılarınartmasına baxmayaraqxəstəbuna əhəmiyyət verməmiş,əvvələristifadə etdiyi bifosfanatlar, Vit D və iltihabəlehinə ağrı kəsici dərmanlar qəbul etmiş lakin müsbət nəticə almamışdır. Laborator analizlərin nəticəsi: EÇS – 8 mm/s, CRP – 3 mq/l, RF – neqativ. Bu analizlər nəticəsində ağrıların gan azlığı və osteoporozla əlaqəli olduğu ehtimal olunur. Ağrılar artıqda xəstərevmatoloqa göndərilir və müayinə edildikdə ağrları əvvəlkindən fərgli olaraq hərəkət zamanı deyil, istirahət etdikdə, gecə və əsasən səhər saatlarında şiddətli oluduğu müəyyənləşdirilir, səhər buxovlanması günün birinci yarısına gədər davam edir. Obyektiv müayinədə hər iki əlin xırda oynağları, hər iki mil-bilək, sol dirsək, sağ diz, hər iki ayağ biləyi palpasiya zamanı ağrılıdır. Mil-bilək və sağ diz oynağında aktiv sinovit var. Hər iki dirsəkdə dərialtı nahiyyədə kiçik ölçülü, ağrısız düyünlər var. Laborator müayinələr nəticəsində RF- neqativ, anti-CCP –276.1U/ml; EÇS – 14 mm/s, CRP – 8 mq/l. Rentqen: hər iki əlin mil-bilək, PİF və MKF oynağlarında – oynağ ətrafı osteoporoz, oynağ yarığın daralması və çox saylı eroziyalar. Beləliklə xəstəyə “Revmatoid artrit” diaqnozu goyuldu və müvafiq müalicəyə başlanıldı. Bir ay sonra xəstə müayinəyə gəldikdə şikayyətləri azalmış, klinik və laborator göstəriciləri düzəlmiş, aktiv sinovit geyd edilmir.
Yekun: beləliklə, yuxarıda göstərilən klinik halın nəticələrinə əsasən, talassemiyalı xəstələrdə dayaq-hərəkət sistemindəşikayətlər olduğu halda, ola biləcək revmatoloji xəstəliklərin diaqnostikasını gecikdirməmək üçün, əsaslı müayinə vacibdir.
Şəkillər
Açar sözlər
İstinadlar
Məqalə barədə təfərrüatlar:
Nəşr tarixçəsi
Dərc edilib: 29.Jun.2024
Müəllif hüququ
© 2024-2025. Azərbaycan Revmatologiya və İltihab Jurnalı. Azərbaycan Revmatoloqlar Assosiasiyası ilə tərəfdaşlıqda. Jurnal "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.Əlaqəli məqalələr
Arterial hipertoniyanın inkişafında xörək duzu qəbulunun əhəmiyyəti
Baxılıb: 212

