Jurnal Haqqında

Revmatologiya və İltihab Jurnalı (RİJ) yüksək keyfiyyətli klinik (bütün fazalar), müşahidəli, real dünya və revmatoloji xəstəliklər, onların diaqnostikası və müalicəsi, həmçinin iltihabın hüceyrə mexanizmləri ilə bağlı sağlamlıq nəticələrinin tədqiqi və revmatik xəstəliklərin idarə olunmasına yeni yanaşmaların inkişafına dair elmi tədqiqatların nəticələrinin dərcini həyata keçirir. Farmakoiqtisadiyyat, ictimai səhiyyə, həyat keyfiyyəti, palliativ qayğı, pasiyentlərə qulluq və səhiyyə maarifi sahələri üzrə tədqiqatların aralıq və yekun nəticələrinə həsr edilmiş məqalələr də JRI redaksiya heyəti tərəfindən qəbul edilir.

Jurnalın auditoriyasına revmatoloqlar, ailə həkimləri, terapevtlər, kardioloqlar, ortoped-travmatoloqlar, habelə tibb tələbələri, tibb və cərrahiyyə rezidentləri, yenicə ixtisas almış tibb mütəxəssisləri, ictimai səhiyyə mütəxəssisləri və revmatoloji xəstəliklərin müayinə və müalicəsi ilə məşğul olan və ya maraqlanan mütəxəssislər daxildir. RİJ-nin məqsədi dünya səviyyəsində pasiyentlərin xeyrinə olan səmərəli, uyğun və sübuta əsaslanan klinik praktika barədə tibb işçilərini məlumatlandırmaqdır.

Resenziya bəyanatı

RİJ-də dərc edilməsi üçün təqdim edilən bütün əlyazmalar bölmənin redaktorları, resenzentlər və jurnalın baş redaktoru tərəfindən (o, resenziya zamanı qaldırılan sualların düzgün cavablandırıldığına və jurnal tərəfindən oxucular üçün maraqlı olan təhsil və elmi praktik yanaşmanın təmin edildiyinə əminlik yaradır) nəzərdən keçirilir. 

DOI®nömrə

RİJ dərc olunan hər bir sənədə dərc olunan sənəddə görünən DOI®nömrə təyin edilir. DOI®nömrə (Digital Object Identifier – Obyektin Rəqəmli İdentifikatoru) haqqında daha ətraflı məlumat üçün DOİ tıklayın.

Nəşriyyat.

"Revmatologiya və İltihab Jurnalı" elmi tibbi araşdırmaların təşviqi sahəsində geniş təcrübəyə malik "Uptodate İn Medicine" health sciences publishing tərəfindən dərc olunur.