30.09.2023
Azərbaycan Revmatoloqlar Cəmiyyəti revmatologiya və dayaq-hərəkət sistemi mütəxəssisləri üçün respublikanın aparıcı peşəkar tibb cəmiyyətidir.
Biz, tibbi qayğının bütün mərhələlərində revmatik və dayaq-hərəkət sistemi xəstəliklərindən əziyyət çəkən uşaq və böyük yaşlı pasiyentlərə üzvlərimiz tərəfindən göstərilən tibbi yardımın keyfiyyətinin və əhatəliyinin yüksəldilməsində dəstək veririk.
Cəmiyyətimiz revmatologiya ixtisasına sahib mütəxəssisləri bir araya gətirərək, onlar arasında geniş bilik və təcrübə mübadiləsini təşkil edir, revmatologiya elminin inkişafına dəstək veririk.
Vizion.
Revmatik xəstəliklərdən əziyyət çəkən uşaq və böyüklər həyat boyu ən yüksək keyfiyyətli tibbi qayğı alır, onların klinik nəticələri və həyata keyfiyyəti durmadan yaxşılaşır.
Missiyamız.
Revmatologiya elminin inkişafına qatqı vermək, həkim-revmatoloqların və revmatoloji xəstəliklərin müayinə və müalicəsi ilə məşğul olan digər mütəxəssislərin ruporuna çevrilmək.
Dəyərlər
Bizim yanaşmamızı istiqamətləndirən dəyərlər bunlardır:
İnnovativ – biz revmatologiya sahəsində yeni nailiyyətləri qeyd edirik
İnklüziv – biz revmatologiya elmi ətrafında birləşən bütün mütəxəssisləri dəstəkləyirik
Dayanıqlılıq – fəaliyyətlərimizin ətraf mühitə təsirini azaltmaq üçün çalışırıq
Liderlik – peşəkar cəmiyyət olaraq, revmatologiya elmi və elmi sübutlara əsaslanan tapıntılarının klinik tətbiqini təşviq və təbliğ edir, digərləri üçün örnək olmağa çalışırıq
Əməkdaşlıq – daha böyük təsir göstərmək üçün daim başqaları ilə işləməyə çalışırıq